https://news.day.az/azerinews/1860570.html Qarabağda və Azərbaycanın digər bölgələrində Qafqaz Albaniyasının xristian irsinin izləri var - Hikmət Hacıyev Qafqaz Albaniyasının xristian irsinin izləri Qarabağda və Azərbaycanın digər bölgələrində görünür. Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ərəb Media Forumunda çıxışı ilə bağlı "X" hesabındakı paylaşımında qeyd edib.

Qarabağda və Azərbaycanın digər bölgələrində Qafqaz Albaniyasının xristian irsinin izləri var - Hikmət Hacıyev

Azərbaycanca, 16 сентября 2026 19:06 (UTC +04:00) 217
Qarabağda və Azərbaycanın digər bölgələrində Qafqaz Albaniyasının xristian irsinin izləri var

Qarabağda və Azərbaycanın digər bölgələrində Qafqaz Albaniyasının xristian irsinin izləri var.

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ərəb Media Forumunda çıxışı ilə bağlı "X" hesabındakı paylaşımında qeyd edib.

"Ərəb Media Forumunda mən Qafqaz Albaniyasının qədim dövləti və onun zəngin xristian irsi haqqında danışdım. Bu irsin davamlı və xüsusilə əhəmiyyətli izləri Qarabağda və Azərbaycanın digər bölgələrində görünür.

Mən Azərbaycanın əsrlər boyu formalaşmış multikulturalizm və dini birgəyaşayış ənənəsini, eləcə də ölkəmizin mənşəyindən və dini mənsubiyyətindən asılı olmayaraq zəngin mədəni və dini irsinin qorunmasına, mühafizə edilməsinə və bərpa olunmasına sadiqliyini vurğuladım.

Həmçinin işğal illərində Azərbaycanın dini və mədəni irsinin genişmiqyaslı dağıdılması, təhqir edilməsi və dəyişdirilməsi məsələsinə toxundum, tarixi həqiqətin qorunmasının və mədəni irsin gələcək nəsillər üçün saxlanmasının vacibliyini vurğuladım.

Gürcüstanın xarici işlər naziri və BƏƏ-nin iqtisadiyyat və turizm naziri ilə birlikdə iştirak etdiyim panelə Euronews-un baş icraçı direktoru moderatorluq edib", - deyə Hikmət Hacıyev paylaşımında qeyd edib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости