https://news.day.az/azerinews/1860436.html Avtomobil bazarı niyə zəifləyib? - Ekspertdən vergi və idxalla bağlı AÇIQLAMA Azərbaycanda avtomobil bazarında son dövrlər ciddi dəyişikliklər müşahidə olunur. Elektromobil və hibridlərə ƏDV güzəştlərinin başa çatması, köhnə avtomobillərin idxalına tətbiq olunan məhdudiyyətlər və aksiz vergilərinin artırılması bazara təsirsiz ötüşməyib.

Avtomobil bazarı niyə zəifləyib? - Ekspertdən vergi və idxalla bağlı AÇIQLAMA

Azərbaycanca, 16 сентября 2026 12:28 (UTC +04:00) 249
Avtomobil bazarı niyə zəifləyib?

Azərbaycanda avtomobil bazarında son dövrlər ciddi dəyişikliklər müşahidə olunur. Hibrid avtomobillərə ƏDV güzəştlərinin başa çatması, köhnə avtomobillərin idxalına tətbiq olunan məhdudiyyətlər və aksiz vergilərinin artırılması bazara təsirsiz ötüşməyib.

Bəs bütün bu amillər avtomobil idxalını və satışlarını bundan sonra hansı istiqamətə aparacaq?

Day.Az-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov deyib ki, Azərbaycanda hibrid avtomobillərə tətbiq olunan əlavə dəyər vergisindən (ƏDV) azadolma güzəştlərinin müddəti bu il yanvarın 1-dən başa çatıb.

O, qeyd edib ki, belə nəqliyyat vasitələri artıq ölkəyə idxal edilərək satılarkən onların üzərinə ƏDV hesablanır.

"Bunun nəticəsində ölkədə avtomobil satışlarının, eləcə də avtomobil idxalının azaldığını müşahidə edirik.

Eyni zamanda, köhnə avtomobillərin idxalına da müəyyən məhdudiyyətlər tətbiq olunur. Yaşı 10 ildən çox olan avtomobillərin ölkəyə idxalı məhdudlaşdırılıb. Bundan əlavə, yaşı 7 ildən çox olan benzin və dizel mühərrikli avtomobillər üçün mühərrikin həcminə uyğun hesablanan aksiz vergisinin dərəcələri də artırılıb.

Bütün bunlar avtomobil idxalına təsir göstərən amillərdir. Bu mərhələdə əvvəlcədən demək mümkün deyil ki, idxalda artım olacaq, yoxsa yox. Bu, ilk növbədə, qanunvericiliklə bağlı məsələdir. Qanunvericilikdə müəyyən güzəştlərin tətbiqi və ya dəyişikliklərin yenidən gündəmə gətirilməsi halında vəziyyət də dəyişə bilər", - o deyib.

Nəsimi Ələsgərli

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости