https://news.day.az/azerinews/1860457.html Ermənistan rəhbərliyi anlamalıdır ki, siyasi oyunlar artıq keçərli olmayacaq - Sahil Kərimli Ermənistan rəhbərliyi anlamalıdır ki, revanşist və qeyri-konstruktiv yanaşmalar, siyasi oyunlar artıq keçərli olmayacaq və gələcəyə baxmaq lazımdır. Day.Az xəbər verir ki, bunu Trend BİA-nın direktor müavini, siyasi şərhçi Sahil Kərimli "Qərbi Azərbaycan" telekanalında yayımlanan "Müzakirə vaxtı" verilişində bildirib.

Ermənistan rəhbərliyi anlamalıdır ki, siyasi oyunlar artıq keçərli olmayacaq - Sahil Kərimli

Azərbaycanca, 16 сентября 2026 13:15 (UTC +04:00) 219
Ermənistan rəhbərliyi anlamalıdır ki, siyasi oyunlar artıq keçərli olmayacaq

Ermənistan rəhbərliyi anlamalıdır ki, revanşist və qeyri-konstruktiv yanaşmalar, siyasi oyunlar artıq keçərli olmayacaq və gələcəyə baxmaq lazımdır.

Day.Az xəbər verir ki, bunu Trend BİA-nın direktor müavini, siyasi şərhçi Sahil Kərimli "Qərbi Azərbaycan" telekanalında yayımlanan "Müzakirə vaxtı" verilişində bildirib.

O qeyd edib ki, Ermənistan adlanan dövlətin tarixi Azərbaycan torpaqları ərazisində qurulduğu beynəlxalq ictimaiyyətə məlumdur. Sahil Kərimlinin sözlərinə görə, bu gün Azərbaycanın çəkilməsini istədiyi Zəngəzur dəhlizinin keçəcəyi ərazilər də tarixi Azərbaycan torpaqlarıdır. O bildirib ki, Qərbi Zəngəzur, eləcə də Ermənistanın paytaxtı adlandırılan İrəvan Azərbaycan tarixi torpaqları hesabına formalaşıb.

"Bütün bunlara baxmayaraq, Azərbaycan dövləti konkret bəyan edir ki, Ermənistanın hazırkı ərazilərini, suverenliyini və ərazi bütövlüyünü tanıyır. Amma bir şərtlə ki, Azərbaycana, o cümlədən Qarabağa qarşı ərazi iddiaları olmasın", - deyə o vurğulayıb.

Sahil Kərimli bildirib ki, Qərbi azərbaycanlılar zaman-zaman zorla öz ata-baba yurdlarından qovulub, didərgin salınıb, bəzi hallarda xüsusi amansızlıqla, işgəncələr, soyqırımı və digər ağır cinayətlər törədilməklə bu ərazilərdən çıxarılıblar. Onun sözlərinə görə, bu insanların hazırkı Ermənistan ərazisində yerləşən ata-baba yurdlarına qayıtmasının qarşısında maneələr yaradılmamalıdır.

O əlavə edib ki, Ermənistan tərəfindən bu istiqamətdə süni maneələrin yaradılmasına cəhd edilməsi qeyri-konstruktiv və qeyri-insani mövqedir. Sahil Kərimli bildirib ki, həmin ərazilərlə bağlı arxivlərdə müvafiq sənədlər mövcuddur və vaxtilə Qərbi azərbaycanlıların həmin ərazilərdə doğulduğunu, orada uzun illər yaşadığını təsdiqləyən məlumatlar qorunub saxlanılır.

"Belə bir halda Ermənistanın bu gün qeyri-səmimi, qeyri-konstruktiv mövqe göstərməsi sülh prosesinin ruhuna çox ciddi zərbədir və onun ruhuna ziddir", - deyə o vurğulayıb.

Siyasi şərhçi son dövrlərdə, xüsusilə diplomatların Azərbaycanın suveren ərazilərinə səfərləri ilə bağlı yaranan ajiotaja da diqqət çəkib. O bildirib ki, həmin səfərlərə qarşı Ermənistanda yaranan aqressiya bu ölkənin cəmiyyətində hələ də revanşist, separatçı və ərazi iddiaları ilə çıxış edən qüvvələrin mövcud olduğunu göstərir.

Sahil Kərimli qeyd edib ki, bu qüvvələr Ermənistan daxilindəki radikal qruplaşmalardan bəhrələnir. Onun sözlərinə görə, Serj Sarkisyan, Robert Köçəryan və onların mövqelərini dəstəkləyən, radikal qüvvələri qızışdıran qruplar mövcuddur.

O hesab edir ki, həmin qüvvələr eyni zamanda xaricdən də dəstəklənir. Sahil Kərimli bildirib ki, xaricdəki müəyyən siyasi dairələr tərəfindən Azərbaycana qarşı aqressiv və qeyri-konstruktiv mövqe, işğalçılıq, separatizm, ərazi iddiaları və revanşizm ruhu qızışdırılır.

"Bəlkə də sadə erməni xalqı, sıravi erməni vətəndaşı bu məsələlərdə müəyyən neytrallıq nümayiş etdirir. Amma bu gün Ermənistandakı toplumda, cəmiyyətdəki xəstə qruplaşmalar bu cür məsələləri qızışdırırlar", - deyə o bildirib.

Siyasi şərhçi son iki gündə Ermənistan mediasını və bu ölkənin sosial şəbəkə seqmentini müəyyən qədər müşahidə etdiyini deyib. O bildirib ki, Azərbaycanda da cəmiyyətin müxtəlif təbəqələri bu prosesləri izləyir və Ermənistanın informasiya məkanında Azərbaycana qarşı böyük aqressiya müşahidə olunur.

Sahil Kərimli hesab edir ki, Ermənistan rəhbərliyi də bu proseslərdən kənarda deyil və radikal qruplaşmaların fəaliyyəti müəyyən formada idarə olunur. Onun sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyanın sülhə hazır olduğunu bildirən bəyanatları ilə ölkə daxilində radikal qüvvələrin ona qarşı çıxışları arasında siyasi oyun elementləri var.

"Ermənistan rəhbərliyi, elə Ermənistanın radikal təfəkkürlü qanadı başa düşməlidir ki, bu cür oyunlar artıq keçərli olmayacaq, əbəsdir və gələcəyə doğru baxılmalıdır", - deyə o vurğulayıb.

Sahil Kərimli bildirib ki, bölgənin gələcəyi sülh, əmin-amanlıq və iqtisadi inteqrasiya üzərində qurulmalıdır. Onun sözlərinə görə, kommunikasiya xətlərinin şaxələndirilməsi, xüsusilə Zəngəzur dəhlizinin açılması və nəhayət, Azərbaycanla sülh müqaviləsinin imzalanması qarşıda duran əsas məsələlərdəndir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости