https://news.day.az/azerinews/1860201.html Əmlak yatırımında yeni istiqamət - Sərmayə regionlara yönəlir - VİDEO Daşınmaz əmlaka yatırım edənlərin diqqəti son illər Bakı ilə yanaşı turizm potensialı yüksək olan bölgələrə də yönəlir. Day.Az xəbər verir ki, əsas səbəblər daha münasib qiymətlər və qısamüddətli kirayəyə artan tələbatdır. Xüsusilə fərdi ev və mənzillər turistlərə gündəlik kirayə verilməklə əlavə gəlir mənbəyinə çevrilir.

Əmlak yatırımında yeni istiqamət - Sərmayə regionlara yönəlir - VİDEO

Azərbaycanca, 15 сентября 2026 15:22 (UTC +04:00) 231
Əmlak yatırımında yeni istiqamət

Daşınmaz əmlaka yatırım edənlərin diqqəti son illər Bakı ilə yanaşı turizm potensialı yüksək olan bölgələrə də yönəlir.

Day.Az xəbər verir ki, əsas səbəblər daha münasib qiymətlər və qısamüddətli kirayəyə artan tələbatdır. Xüsusilə fərdi ev və mənzillər turistlərə gündəlik kirayə verilməklə əlavə gəlir mənbəyinə çevrilir.

Ekspertlər bildirirlər ki, bölgədən sadəcə ucuz olduğu üçün əmlak almaq düzgün investisiya strategiyası deyil. Yatırım qərarı zamanı real kirayə tələbatı, turist axını, yol infrastrukturu və xidmətlərin səviyyəsi nəzərə alınmalıdır.

2020-ci ildən sonra daxili turizmin genişlənməsi və işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa işləri də bölgələrə marağı artırıb. Yeni infrastruktur, otel və restoranların inkişafı həmin ərazilərdə daşınmaz əmlaka tələbatın və gəlirlilik potensialının artmasına şərait yaradır.

Ətraflı "Xəzər TV"-nin videomaterialında:

Nəsimi Ələsgərli

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости