Sosial şəbəkələrdə görünməz təhlükə: Hesablar niyə ələ keçirilir? - VİDEO
Telefon artıq sadəcə zəng vasitəsi deyil, şəxsi həyatımızın böyük hissəsini özündə daşıyan bir cihazdır. Şəkillər, yazışmalar, sosial şəbəkə hesabları və digər şəxsi məlumatlar telefonlarımızda qorunur. Son dövrlərdə isə hesabların dələduzluq yolu ilə ələ keçirilməsi, məlumatların yayılması və şantaj halları narahatlıq doğurur.
Day.Az xəbər verir ki, informasiya təhlükəsizliyi üzrə ekspert Talıb Ponzayev bildirir ki, dələduzlar müxtəlif vədlər və saxta linklər vasitəsilə insanları aldadır, göndərilən təsdiq kodlarından istifadə edərək WhatsApp və digər hesabları ələ keçirirlər. Daha sonra həmin hesabların adından yaxınlardan pul istəyir, əldə etdikləri şəxsi məlumatlarla isə insanları şantaj edirlər.
Vəkil Samir Hacıyev qeyd edir ki, şəxsi məlumatların qanunsuz əldə edilməsi və yayılması hüquqi məsuliyyət yaradır. Belə hallarla qarşılaşan vətəndaşlara dərhal aidiyyəti hüquq-mühafizə orqanlarına müraciət etmək tövsiyə olunur. Hesabların təhlükəsizliyi üçün tanımadığınız linklərə daxil olmamaq, təsdiq kodlarını heç kimlə paylaşmamaq və şəxsi məlumatları qorumaq vacibdir.
Ətraflı "Xəzər TV"-nin videomaterialında:
Nəsimi Ələsgərli
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре