Sərxoş şəxs dönərxana ilə avtomobilin şüşələrini sındırdı

Day.Az представляет новость на азербайджанском языке
Bakı sakini xuliqanlıq edib.
Milli.Az report-a istiandən bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.
Qaradağ rayonunun Ələt qəsəbəsində qəsəbə sakini İlqar Qələmov xuliqanlıq zəminində həmyerliləri Vüqar Paşayevə məxsus dönərxananın və Əhəd Niyazova məxsus "Mercedes" markalı avtomobilin şüşələrini sındırıb.
Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Qələmov saxlanılıb, onun yüngül dərəcəli sərxoş vəziyyətdə olması müəyyən edilib.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре