Cinayətkar dəstənin üç üzvü ələ keçdi, biri axtarılır

Day.Az представляет новость на азербайджанском языке
Abşeron rayonunda 20-dən çox avtomobilin akkumlyatoturunu oğurlayan dəstənin üzvləri saxlanılıb.
Musavat.com xəbər verir ki, Abşeron Rayon Polis İdarəsinə rayon ərazisində yol kənarında dayanan. "Shacman" markalı yük maşınlarının akkumlyatorlarının oğurlanması barədə məlumat daxil olub.
Zərərçəkənlərin müraciəti əsasında rayon polis idarəsinin cinayət axtarış şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 4 nəfərdən ibarət cinayətkar dəstənin 3 üzvü - Ceyhun Məhərrəmov, Əhməd Bəylərov və İsa Ağyev saxlanılıblar.
Dəstə üzvləri 10 gün ərzində Ceyranbatan, Saray qəsəbələri və Xirdalan şəhərindən ümumilikdə 20 yük masınının akkumulyatorunu oğurlayıblar. Dəstə üzvlərindən olan 31 yaşlı Ceyhun Məhərrəmov deyir ki, o, yalnız sürücü kimi Əhməd və İsaya kömək edib. Himayəsində 6 nəfərlik ailənin olduğunu qeyd edən Ceyhun akkumlyatoru götürərək yalnız söylənilən ünvana apardığını deyir. Onu oğurluqda istifadə etdiyi "VAZ-2107" markalı avtomobilin təhlükəsizlik kameralarına tuş gəlməsi ələ verib.
Cinayətkar dəstənin digər üzvü 25 yaşlı Əhməd Bəylərov isə oğurluq planının Ceyhundan gəldiyini deyib. Əhməd 20 oğurluq faktından ona cəmi 120-130 manat pul çatdığını bildirib. Astma xəstəsi olduğunu və orta məktəb təhsili belə olmadığını deyən Əhməd pula ehtiyacı olduğu üçün bu yola getdiyini deyib.
Dəstənin üçüncü üzvü, əvəllər də Cinayət Məclləsinin 120 (Qəsdən adamöldürmə) maddəsi ilə məhkumluq həyatı yaşayan İsa Ağayev isə, ümumiyyətlə, oğurluq hadisəsi zamanı hec bir iş görmədiyini, sadəcə Əhməd və Ceyhunun yanında dayandığını deyir. Ən maraqlısı isə odur ki, İsa Ağayev 4 nəfərdən ibarət dəstənin dördüncü üzvü, Tural adlı şəxsin bu cinayət əməlində iştirakından xəbərisiz olduğunu bildirib. O, həmçinin oğurlanan avtomobil hissələrindən ona pul çatmadığını da iddia edib.
Faktla baglı Cinayət Məcəlləsinin "Oğurluq" maddəsi ilə cinayət işi başlanıb. Dəstənin digər üzvünün tutulması istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре