"10 qutu soğandan bir manat xeyir götürmədim" - VİDEO
Day.Az представляет новость на азербайджанском языке
Bərdə rayonunun Xəsili kəndi ərazisindəki 1000 hektara yaxın sahə əkinə yararsız vəziyyətə düşüb. Day.Az EL TV-yə (Region TV) istinadən xəbər verir ki, bunun səbəbi qonşu Hacallı kəndində heyvanların bəsləndiyi fermalardan Xəsiliyə gələn suvarma arxlarına tökülən çirkab sularıdır. Həmin sular bitkiləri məhv edir. "10 qutu soğan toxumu almışdım. Ondan bir manat xeyir görmədim. Əkdim, sulayan kimi məhv oldu getdi", - deyə Xəsili kənd sakini Ələkbər Cəfərov bildirib.
Belə vəziyyətin 8 ildir davam etdiyi bildirilir. Bununla bağlı müvafiq qurumlara dəfələrlə müraciət edilsə də, nəticəsi olmayıb. Hacallı kənd bələdiyyəsindən isə deyilir ki, məsələ ilə bağlı Bərdə Rayon İcra Hakimiyyətində toplantı keçirilib. Çirkab sularının kanala axıdılmasının qarşısının alınması barədə konkret göstərişlər verilib. Hacallı bələdiyyəsinin sədri Akif Əhmədov bildirib ki, Ekologiya idarəsi tərəfindən bütün evlərə baxış keçirilib: "Şəkil çəkilib. Vətəndaşlar bununla bağlı maarifləndirilib. Rayon İcra Hakimiyyətində komissiya yaradılıb. Yaxın günlərdə bu məsələ həllini tapacaq".
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Videonu izləmək üçün şəklə klikləyin:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

