https://news.day.az/azerinews/842945.html Geyinmə-soyunma otaqlarındakı kameralar - VİDEO

Geyinmə-soyunma otaqlarındakı kameralar - VİDEO

Azərbaycanca, 21 ноября 2016 21:58 (UTC +04:00) 1 088
Geyinmə-soyunma otaqlarındakı kameralar

Day.Az представляет новость на азербайджанском языке

Day.Az xezerxeber.com-a istinadən bildirir ki, bəzi idman zallarında və üzgüçülük hovuzlarında geyinmə-soyunma otaqlarına təhlükəsizlik kamerası qoyulur.

Bir çoxları isə kameraların məhz bu otaqlara qoyulmasını şəxsi həyata müdaxilə hesab edirlər. Hətta bu görüntülərdən kiminsə başqa məqsədlər üçün istifadə etmə ehtimalı da var.

Hüquqşünaslar isə bildirir ki, məhz geyinmə-soyunma otaqlarına bu cür kameraların quraşdırılması qanuna ziddir.

Hüquqşünasın sözlərinə görə təhlükəsizliyi təmin etmək üçün idman və əyləncə mərkəzləri başqa üsullardan istifadə etməklə bunu təmin edə bilərlər. Təhlükəsizlik kameralarının quraşdırılmasına isə qətiyyən lüzum yoxdur. Həmin yerlərdə çəkilən görüntülərin başqa məqsədlər üçün istifadə edilməsi isə cinayət məsuliyyəti yaradır.

Ekspertlər bildirir ki, təhlükəsizlik kameraları ancaq insanların kütləvi halda hərəkət etdikləri və ya cəmləşdiyi yerlərdə təhlükəsizliyi təmin etmək məqsədi ilə quraşdırılır. Buna görə həmin kameraların təyinatından uzaqlaşdırılaraq başqa yerlərdə yerləşdirilməsinə görə hər kəs qanunla məsuliyyət daşıyır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Geyinmə-soyunma otaqlarındakı kameralar

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости