https://news.day.az/society/614887.html
Ata ilə oğlunu döyüb xəstəxanalıq etdilər - FOTO
Kəpəz TV (Region TV) xəbər verir ki, Gədəbəy rayonunda döyülmə hadisəsi baş verib. Mal bazarında hücuma məruz qalan 35 yaşlı kişinin oğlu da elə həmin hadisədən bir neçə saat öncə eyni adamlar tərəfindən döyülübmüş.
Gədəbəy rayonunun Əlinağılar kənd sakini qonşu kənddən olan bir qrup insan tərəfindən döyülüb.
Rüstəm Əlinağıyev - zərərçəkən: "Mübahisə gündüzdən olmuşdu. Oğlum heyvan aparanda qarşısını kəsib onu da döymüşdülər. Uşaqla mal-heyvan bazarındaydım, bir də gördüm iki maşınla gəldilər, töküldülər. Qəfildən hücum etdilər mənə".
Rüstəm Əlinağıyevə hücum edən Düzyurd kənd sakinləri ona ağac və daşla ağır xəsarətlər yetirib.
Məharət Kərimov - Gəncə Şəhər TTYX-nın cərrah-travmatoloqu: "Gədəbəy rayon və Şəmkir rayon Mərkəzi Xəstəxanalarından dava-dalaş zəminində xəsarət alan 1970-ci il təvəllüdlü Rüstəm Əlinağıyev dünən 01:45-də şöbəyə gətirilib. Gətirənlərin və özünün dediyinə görə, dava-dalaş zamanı xəsarət alıb. Hazırda xəstə stasionar müayinədədir, lazımi travmatoloji tədbirlər aparılır. Ümumi vəziyyəti orta-ağırdır".

Day.Az представляет новость на азербайджанском языке.

Zərərçəkənin yaxınlarının dediklərinə görə, hər iki tərəf arasında uzun müddətdir ki, ədavət olub. Yaylaqda qonşu olarkən onların arasında dəfələrlə mübahisə baş verib.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре