Tacir: “Qınadılar ki, qardaşı öləndən sonra toya getdi”

Day.Az представляет новость на азербайджанском языке.
Bu yaxınlarda qardaşı dünyasını dəyişən müğənni Tacir Şahmalıoğlu efirə çıxmasını qınayanlara cavab verib.
Axşam.az-ın məlumatına görə, ifaçı "5/5" verilişində "Hər yerdə irad tutdular ki, saqqal saxlamadın, toya getdin" sualına belə cavab verib:
"Qardaşım dünyasını dəyişəndən sonra 40 günün tamam olmasın gözlədim. Heç bir toya getmədim, dəvət də olunmurdum. İnsanlar fikirləşirdi ki, getməyəcəm. İndi hamı məni qınayırdı ki, "Qardaşı öldü saqqalını qırxdı, toya getdi". Atam avtomobil qəzası keçirib, bütün bədəni qırıq-qırıq olmuşdu. Həmin vaxt toya dəvət almışdım, getmədim. Atam bunu eşitdi, məni çağırdı ki, "Sən kefindən toya getmirsən. Pul qazanırsan, ailəni saxlayırsan. Mən öləndən 1 həftə sonra üzünü qırxdırıb, toya getməsən sənə haqqımı halal etməyəcəm". Qardaşım atamdan artıq deyil ki... Düzdür, qardaş dərdi də böyükdür. O, dünyasını dəyişəndə şok keçirdim. Saqqal qırxmaqla dərdi unutmurlar. Bizim ailədə ayrıseçkilik yoxdur. Kim qazanırsa, hamı yeyir. İndi qardaşımın iki övladı qalıb. Onlara mən baxacam".
Qeyd edək ki, M.Allahverdiyev Tacir Şahmalıoğlunun ən kiçik qardaşıdır. İyulun 31-i M.Allahverdiyev və digər 2 nəfər Novxanı çimərliyində skuter ilə dənizə çıxıblar. Məlum olmayan səbəbdən skuter aşıb. Hadisə nəticəsində 36-yaşlı M.Allahverdiyev batıb. Digər iki nəfərdən fərqli olaraq, onun üzərində xilasedici jiletin olmadığı bildirilib.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə https://www.facebook.com/azdayaz izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре