https://news.day.az/azerinews/1146956.html Bu gün Şəmkir və Lənkəranda qaz təchizatı dayandırılır

Bu gün Şəmkir və Lənkəranda qaz təchizatı dayandırılır

Azərbaycanca, 14 августа 2019 09:31 293

Bu gün səhər saat 09:00-dan işlər başa çatanadək Şəmkir rayonunun Çinarlı qəsəbəsi və bir neçə kənddə qaz təchizatı dayandırılır.

Bu barədə Day.Az-a "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, bu müddət ərzində SOCAR-ın Qaz İxrac İdarəsinin "Qazıməmməd-Qazax" magistral qaz kəmərində aşkarlanan qaz sızmalarının ləğvi və digər işlər icra ediləcək.

Bu gün saat 10:00-dan 18:00-dək isə Lənkəran qaz paylayıcı stansiyasında ölçü qovşağının dəyişdirilməsi ilə əlaqədar olaraq Lənkəran rayonunun bir neçə yaşayış məntəqəsində qaz təchizatında məhdudiyyətlər olacaq.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей
Ещё новости