Atası Britni Spirs üzərindəki valideynlik hüququnu itirdi

"People" dərgisi 67 yaşlı Ceymi Spirsin qızı Britni Spirs üzərindəki bütün haqlarını itirdiyini yazıb.

Day.Az Axşam.az-a istinadla xəbər verir ki, Ceymi səhhətində olan problemlərə görə qəyyumluqdan imtina edib.

İndi Spirsin qəyyumluğu onun köməkçisi Codi Montqomerə verilib. Sənətçinin həkimlə bağlı qərarlarını, yaradıcılığındakı işləri köməkçisi idarə edəcək. Köməkçisi psixoloji problemi olan müğənninin həkimləri ilə görüşəcək, onun yenidən xəstəxanaya yatıb-yatmaması ilə bağlı qərar verəcək.

Valideynlik hüququnu itirən Ceymi isə bu duruma heç üzülmədiyini bildirib.

İngilis mediası Britninin atası ilə əlaqələrini kəsməsinə onun səhhətinin səbəb olmadığını yazıb. Bildirilib ki, Ceymi bir müddət əvvəl Spirsin oğlunu döydüyü üçün qızı belə addım atıb. Məhkəmə qərarına əsasən Spirs bundan sonra nəvələrinə yaxınlaşa bilməyəcək.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.