Rusiyanın xalq artisti Alla Puqaçova özünə qəbir üçün torpaq sahəsi alıb.

Day.Az ölkə.az-a istinadən xəbər verir ki, torpaq sahəsi Kuzminski qəbiristanlığında, müğənninin qardaşının məzarının yanında yerləşir.  
Alla Borisovnadan başqa bir çox məşhur ölmədən özlərinin son mənzillərinin tədarükünü görürlər.  Onlar belə hesab edirlər  ki, bu əvvəlcədən düşünülməlidir, çünki ölüm gözlənilmədən gəlir.
 
 Müğənni Şura da qəbiristanlıqdan yer alan məşhurlardandır. O, hətta özünə iki qapılı tabut da sifariş verib.  
 
Məşhur ifaçı İosif Kobzon hələ sağ olarkən Vostryakovski qəbiristanlığında özünə məzar yeri alıb. O, anasının qəbrinin yanında basdırılmasını vəsiyyət etmişdi.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

15 000-dək krediti 15 dəqiqəyə əldə et!