Danimarka krallığının tabeliyində olan Qrenlandiya adasında faciə baş verib.

Day.Az Publika.az-a istinadla xəbər verir ki, Uummannaq bölgəsində buz kütləsi əriyib və nəticədə yaxınlıqda olan 3 balıqçıdan 1-i ölüb. Digər 2-nin axtarışları davam edir.

Qrelandiya polisindən verilən açıqlamada qırılan buz kütləsinin böyük dalğalar yaratdığı, buna görə də bölgə xalqının qopma riski olan buzlaqlardan uzaq durması xəbərdarlığı qeyd olunub.

Səthi baxımdan dünyanın ən böyük adası və Şimal Qütbünün ən çox buz kütləsinə sahib Qrelandiya qlobal istiləşmə səbəbilə təxmin ediləndən daha sürətlə əriyir.

CNN-nin xəbərinə görə, Qrelandiyada iyul ayında kəskin istilər səbəbilə 197 milyard ton buz əriyib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

15 000-dək krediti 15 dəqiqəyə əldə et!