Qaraciyər özü özünü bərpa edən və təmizləyən mükəmməl orqandır.

Lakin müxtəlif mənfi təsirlər nəticəsində (pis ekologiya, pis vərdişlər, sağlam olmayan qidalanma, ziyanlı iş və s.) qaraciyərin bu funksiyaları zəifləyir. Bu isə  qaraciyər xəstəliklərinin inkişafı riskini artırır.

Day.Az saglamolun.az-a istinadən bildirir ki, qaraciyərin özünü bərpa və təmizlənmə funksiyalarını sürətləndirmək üçün qidalanmaya bəzi məhsulları əlavə etmək lazımdır.

Sarımsaq

Kükürd birləşmələri izə zəngin olan sarımsaq qaraciyərin filtr funksiyasını yaxşılaşdırır. Bundan əlavə sarımsaq selen və allisin maddələri ilə zəngindir ki, bu maddələr qaraciyərin hüceyrələrini zədələmələrdən qoruyur.

Sarıkök

Sarıkökün tərkibində olan kurkumin maddəsi qaraciyərin hüceyrələrinin bərpasını sürətləndirir və həmçinin ödün ifrazını artırır ki, bu da öz növbəsində orqanizmdən toksinlərin xaric etməsi prosesini yaxşılaşdırır.

Alma

Pektinlərlə zəngin olan alma orqanizmi və o cümlədən qaraciyəri ziyanlı maddələrdən yaxşı təmizləyir. Həmçinin almanın tərkibində olan flavonoidlər qaraciyərdə iltihabları azaldır.

Çuğundur

Damarları genişləndirmək xüsusiyyətə malik olan çuğundur qan dövranını yaxşılaşdırır, qaraciyərdə durğunluq proseslərini azaldır.

Keşniş

Bir çox qida mütəxəssisləri keşnişi ən faydalı göyərti hesab edirlər. Keşniş orqanizmdə ziyanlı maddələri xaric etməyə yardım edir və bununla da qaraciyərin işini asanlaşdırır.

Su

Təmiz içməli su qaraciyərin ən yaxşı köməkçisidir. Mütəxəssislər günü 2 stəkan su işə başlamağı tövsiyə edirlər.

Su qaraciyəri təmizləyir, onun funksiyalarını yaxşılaşdırır.

15 000-dək krediti 15 dəqiqəyə əldə et!