https://news.day.az/azerinews/1864373.html Bina qarajında elektromobili şarj etməyin hansı təhlükələri var? - Bunları BİLMƏLİSİNİZ - VİDEO Ölkədə elektrikli avtomobillərin sayı artdıqca, onların şarj qurğuları yaşayış binalarının qarajlarında da quraşdırılır. Day.Az xəbər verir ki, sürücülər üçün bu, rahat olsa da, yeraltı dayanacaqlarda belə avadanlıqların təhlükəsizliyi ilə bağlı suallar yaranır. Fövqəladə Hallar Nazirliyi avtomobil sahiblərinə xəbərdarlıq edib.

Bina qarajında elektromobili şarj etməyin hansı təhlükələri var? - Bunları BİLMƏLİSİNİZ - VİDEO

Azərbaycanca, 3 октября 2026 12:35 (UTC +04:00) 261
Bina qarajında elektromobili şarj etməyin hansı təhlükələri var?

Ölkədə elektrikli avtomobillərin sayı artdıqca, onların şarj qurğuları yaşayış binalarının qarajlarında da quraşdırılır.

Day.Az xəbər verir ki, sürücülər üçün bu, rahat olsa da, yeraltı dayanacaqlarda belə avadanlıqların təhlükəsizliyi ilə bağlı suallar yaranır. Fövqəladə Hallar Nazirliyi avtomobil sahiblərinə xəbərdarlıq edib.

Nazirlik bildirir ki, çoxmənzilli binaların elektrik sistemi əvvəlcədən hesablanmış yükə uyğun qurulur. Şarj qurğularının texniki şərtlər və enerji təchizatı müəssisəsinin təsdiqlədiyi tələblər nəzərə alınmadan quraşdırılması şəbəkəyə əlavə yük yarada və təhlükə törədə bilər. Belə qurğular yalnız müvafiq qaydalara uyğun quraşdırılmalıdır.

Eyni tələb həyət evlərinə də aiddir. Evdə elektrik yükü əvvəlcədən hesablandığından, sonradan şarj qurğusunun əlavə edilməsi və digər məişət cihazları ilə eyni vaxtda işlədilməsi şəbəkəyə düşən yükü artıra bilər. Qaydalara əməl edilməməsi qanun pozuntusu hesab olunur, yanğın və insanlara zərər dəydiyi halda isə məsuliyyət yarana bilər.

Ətraflı "ATV"-nin videomaterialında:

Nəsimi Ələsgərli

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости