https://news.day.az/azerinews/1864155.html Süfrələrin əvəzolunmaz məhsulunda qiymət artımı - SƏBƏB - VİDEO Toyuq filesinin qiyməti son günlərdə artıb. Bəzi marketlərdə məhsul ümumiyyətlə tapılmır, bəzi satış məntəqələrində isə 1 kiloqramının qiyməti 10 manata qədər yüksəlib. Satıcılar son bir ayda qiymət artımının daha çox hiss edildiyini bildirirlər.

Süfrələrin əvəzolunmaz məhsulunda qiymət artımı - SƏBƏB - VİDEO

Azərbaycanca, 2 октября 2026 12:34 (UTC +04:00) 283
Süfrələrin əvəzolunmaz məhsulunda qiymət artımı

Toyuq filesinin qiyməti son günlərdə artıb. Bəzi marketlərdə məhsul ümumiyyətlə tapılmır, bəzi satış məntəqələrində isə 1 kiloqramının qiyməti 10 manata qədər yüksəlib. Satıcılar son bir ayda qiymət artımının daha çox hiss edildiyini bildirirlər.

Day.Az xəbər verir ki, satıcıların sözlərinə görə, əsas problem toyuq filesinin təklifinin azalmasıdır. Bəzi mağazalarda məhsulun bir neçə gün, hətta bir həftə ərzində tapılmadığı qeyd olunur və qiymətlərdə 50-60 qəpikdən 1 manata qədər artım müşahidə edilir.

Quş əti istehsalçıları isə bahalaşmanı tələbatın artması ilə əlaqələndirirlər. Sentyabrda əhalinin tətildən qayıtması və turist axınının artması toyuq ətinə, xüsusilə file və bud hissələrinə tələbatı yüksəldib. Mütəxəssislər qiymətlərin yenidən stabilləşəcəyini gözləyirlər.

Ətraflı "Xəzər TV"-nin videomaterialında:

Nəsimi Ələsgərli

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости