https://news.day.az/azerinews/1864439.html Bakıda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar Paytaxtın Səbail və Yasamal rayonlarında qeydə alınan oğurluq faktları ilə bağlı polis əməkdaşları tərəfindən tədbirlər keçirilib. Day.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bakıda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Azərbaycanca, 3 октября 2026 19:35 (UTC +04:00) 244
Bakıda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Paytaxtın Səbail və Yasamal rayonlarında qeydə alınan oğurluq faktları ilə bağlı polis əməkdaşları tərəfindən tədbirlər keçirilib.

Day.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Səbail rayonu ərazisində yerləşən marketlərə müştəri qismində daxil olaraq ümumilikdə 1400 manat dəyərində lotereya biletləri oğurlamaqda şübhəli bilinən A.İlyasov müəyyən olunaraq saxlanılıb.

Yasamal rayonunda isə avtomobilin qapısının açıq qalmasından istifadə edərək nəqliyyat vasitəsinin salonundan mobil telefon və pul kisəsi oğurlamaqda şübhəli bilinən Ş.Rəhimov polis əməkdaşları tərəfindən saxlanılıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости