Qardaşlığa hücum: Türkiyədə Azərbaycana qarşı kimlər oyun qurur? - Elçın Alıoğludan açıqlama - VİDEO
"Bakı Şəbəkəsi" Araşdırmalar və Təhlil İctimai Birliyinin sədri Elçin Alıoğlu Azərbaycan-Türkiyə münasibətləri ətrafında son günlər yaranan müzakirələrə Reaksiya TV-də münasibət bildirib.
O qeyd edib ki, BMT Baş Assambleyasında İsrailin Baş naziri Benyamin Netanyahunun çıxışı zamanı Azərbaycanın nümayəndə heyətinin 7 üzvündən 6-sı zalı tərk edib, bir nəfər isə müşahidəçi qismində çıxışı dinləyib. Elçin Alıoğlunun sözlərinə görə, diplomatın əsas vəzifəsi emosiyalara deyil, dövlət maraqlarına əsaslanmaqdır.
"Qardaşlıq vassallıq deyil. Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir", - deyə o vurğulayıb.
Elçin Alıoğlu həmçinin bildirib ki, Azərbaycanın İsraillə münasibətləri dövlət maraqlarına əsaslanır və bu, İsrailin bütün siyasətinin dəstəklənməsi anlamına gəlmir. Onun fikrincə, sosial şəbəkələrdə və mediada aparılan kampaniyalar Azərbaycan-Türkiyə münasibətlərinə zərər verə bilməz, çünki iki ölkə arasındakı bağlar daha dərin əsaslara söykənir.
Daha ətraflı videoda:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре