https://news.day.az/azerinews/1195513.html 20 Yanvar faciəsi Misir mətbuatında AR-ın Misirdəki səfiri Tural Rzayevin 20 yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar məqaləsi Misirin kütləvi informasiya vasitələrində geniş şəkildə dərc edilmişdir 

20 Yanvar faciəsi Misir mətbuatında

Azərbaycanca, 20 января 2020 12:34 (UTC +04:00) 610
20 Yanvar faciəsi Misir mətbuatında

AR-ın Misirdəki səfiri Tural Rzayevin 20 yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar məqaləsi Misirin kütləvi informasiya vasitələrində geniş şəkildə dərc edilmişdir 

Day.Az xəbər verir ki, səfir T.Rzayev 1990-cı il 20 yanvar hadisələri barədə məlumat verərək, 20 yanvar tarixinin Azərbaycan xalqının yaddaşında silinməz iz qoyduğunu qeyd etmiş, Sovet ordusunun öz azadlığını tələb edən və haqq səsini ucaldan Azərbaycan xalqının dinc etiraz nümayişlərinə qarşı ağır texnikadan və odlu silahlardan istifadə etdiyini vurğulamış və 20 yanvar əməliyyatı nəticəsində 130-dan artıq insanın qətlə yetirildiyi və 700-dən artıq insanın isə yaralandığı barədə məlumat vermişdir. 

Səfir, bütün çətinliklərə baxmayaraq, o zaman ümummilli lider Heydər Əliyevin 1990-cı il yanvarın 21-də siyasi iradə nümayiş etdirərək, Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək, SSRİ rəhbərliyinin törətdiyi bu cinayəti qətiyyətlə pisləyən bəyanatla çıxış etdiyini vurğulamış, məhz ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə 1990-cı ilin qanlı Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildiyini vurğulamışdır. 

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости