https://news.day.az/azerinews/1251577.html
Buraxılış imtahanında ən yüksək nəticə göstərən məktəblər açıqlanıb
Buraxılış imtahanında ən yüksək nəticə göstərən məktəblər açıqlanıb

İyunun 18-19-da keçirilən 11-ci siniflər üçün buraxılış imtahanında ən yüksək nəticə göstərən məktəblər açıqlanıb.
Dövlət İmtahan Mərkəzindən Day.Az-a verilən məlumata görə, imtahan iştirakçıları arasında ən yüksək nəticəni 297.1 bal toplayan Lənkəran şəhəri 1 saylı şəhər tam orta məktəbin məzunu göstərib.
İkinci ən yüksək nəticəni 294.1 bal toplayan Goranboy rayonu Qızılhacılı qəsəbə 2 saylı tam orta məktəbin, üçüncü ən yüksək nəticəni isə 288.9 bal toplayan Lənkəran şəhəri Liman 2 saylı şəhər tam orta məktəbin məzunu göstərib.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре