Sabah üç rayonda qaz olmayacaq

Sabah üç rayonda qaz olmayacaq.

Day.Az "Azəriqaz"a istinadən xəbər verir ki, təmir işləri görülən vaxtda Nəsimi rayonu, 1 və 2-ci Alatava qəsəbələrində, 20 Yanvar, A.Məhərrəmov, A.Qurbanov, Bakıxanov, C.Məmmədquluzadə küçələrində, Tbilisi prospektində, Yasamal rayonunda, Binəqədi rayonu, 6, 7, 8 və 9-cu mikrorayonlar, Rəsulzadə qəsəbəsi, Xutor yaşayış massivi, Vorovski yaşayış sahəsi, C.Xəndan küçəsinin qaz təchizatında müvəqqəti fasilələr yaranacaq.

Gün ərzində təmir işləri başa çatandan sonra qaz təminatının bərpası planlaşdırılır.