Bakıda iki minik avtomobili toqquşub, 1 nəfər xəsarət alıb

Bakıda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Day.Az APA-ya istinadən bildirir ki, hadisə Səbail rayonu, Yeni Salyan yolunda ("Jurnalistlər binası"nın yaxınlığı) qeydə alınıb.

Belə ki, "Toyota Sedan" markalı avtomobillə "VAZ 2107" markalı avtomobillər toqquşub. Qəza nəticəsində idarəetməni itirərək bardürə çırpılan "VAZ 2107" markalı avtomobilin sürücüsü xəsarət alıb.