Şuşanı görməkdən qürur duyuram

Uşaqlıqdan Qarabağda olmağı arzulayırdım.

Bunu Trend-ə açıqlamasında Gürcüstan azərbaycanlılarının növbəti qrupu ilə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfərə gələn Şaban Məmmədov deyib.

"Uşaqlıqdan Qarabağda olmağı arzulayırdım. Allaha şükürlər olsun ki, bu şansı əldə etdim. Dünən Xankəndində idik, bu gün isə Şuşadayıq. Şuşanı görməkdən qürur duyuram", - o qeyd edib.

Qeyd edək ki, Gürcüstan azərbaycanlılarının işğaldan azad olunan ərazilərə səfəri üç qrup olmaqla, altı gün ərzində həyata keçirilir.