"Qızımı çox sıxıram, amma, nə edim?"

Xalq artisti Məleykə Əsədova "Evdəkilərə salam" proqramını evində qonaq edib.

Day.Az axşam.az-a istinadən xəbər verir ki, aktrisa qızı Gülər və bacısı ilə kamera qarşısına keçib.

Övladından danışan M.Əsədova "Gülərdə daha çox atasına uyğun xarakter var. Məndən isə mərtlik, istəyinə nail olmaq xüsusiyyətini götürüb. Mən çılğınam, Gülər isə sakitdir. Övladımı çox sıxıram. Qızım əzizdir, tərbiyəsi ondan əzizdir. İndi çarpışıram, vaxt gələcək qızım məni xoşbəxt edəcək" sözlərini deyib.

Erkən nikahdan danışan aktrisa valideynləri tənqid edib:

"15-16 yaşda qız ailə qurar? Uşaq cavanlığını, gəncliyini keçirməlidir, görməlidir. Ailə olmalıdır, amma bunu dərk etməlidir. Ata-ana 16 yaşında qızını ərə verir, bunun əksinəyəm".