Rusiya gimnastı aerobika gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarında qadınlar arasında fərdi proqramda qalib gəlib - FOTO
Bakı Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarında fərdi proqramda qadınlar (15-17 yaş) arasında Rusiya gimnastı Varvara Zıbina qalib gəlib.
Trend-in məlumatına görə, o, 20.250 xal yığaraq qızıl medalla mükafatlandırlıb.
Gümüş medalı Macarıstan gimnastı İlona Qorgenıi (20.100 xal), bürünc medalı Bolqarıstan gimnastı Borislava İvanova (20.100 xal) qazanıb.
Qeyd edək ki, Bakı Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarının final günü keçirilir.
Yarışların üçüncü günündə fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup və aerodans proqramları üzrə finallar keçirilir.
Yarış gününün sonunda bağlanış mərasimi baş tutacaq.
Qeyd edək ki, yarışlarda 18 ölkədən 202 gimnast iştirak edir.
Çempionatda 12-14 və 15-17 yaş qruplarında gimnastlar birincilik uğrunda mübarizə aparır.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре