“28 May”da nə dəyişdi? - "Əvvəl-Sonra”
Xəbər verdiyimiz kimi, bu gün Bakının Nəsimi rayonunda 28 May, Dilarə Əliyeva və Fikrət Əmirov küçələrinin kəsişməsində yeni park istifadəyə verilib.
Day.Az Milli.Az-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva parkda yaradılan şəraitlə tanış olublar. Dövlətimizin başçısının tapşırığı ilə salınan yeni parkda sakinlərin və turistlərin istirahəti üçün hərtərəfli şərait yaradılıb.
Müasir üslubda, orijinal dizaynda qurulan bu cür istirahət mərkəzlərinin istifadəyə verilməsi ilə paytaxtın gəzməli yerlərinə daha bir neçə ünvan əlavə olundu. Belə layihələrin icrası bir daha sübut edir ki, paytaxtımızın abadlaşdırılması istiqamətində görülən işlər davamlıdır və yüksək keyfiyyətlə yerinə yetirilir. Bütün bunlar isə sosial layihə olmaqla yanaşı, həm də ümumilikdə, ölkəmizin iqtisadi qüdrətini nümayiş etdirir.
Bu meydanın təmirindən əvvəlki və sonrakı görüntüləri arasındakı fərqlər nələrdir?
Yuxarıdakı şəkil ərazinin köhnə halını, aşağıdakı isə yenilənmiş və modernləşdirilmiş versiyasını əks etdirir. Göründüyü kimi, yeni dizaynda daha geniş piyada zonaları yaradılıb, yaşıllıq artırılıb və meydan daha estetik və funksional hala gətirilib. Bu dəyişikliklər ərazini daha müasir məkana çevirmək məqsədi daşıyır.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре