https://news.day.az/azerinews/1359825.html
Niderlandda qiyməti 6 min dollar olan burger satışa çıxarılıb
Niderlandda qiyməti 6 min dollar olan burger satışa çıxarılıb
Niderlannda yerləşən Fortyuayzen şəhərindəki "De Daltons" restoranında dünyanın ən bahalı burgeri satılır.
Onun qiyməti 6 min ABŞ dollarıdır.
Restoranın sahibi Robbert Yan la Veyn ümid edir ki, burger onun uşaqlıq arzusunu yerinə yetirərək Ginnesin rekordlar kitbaına düşəcək.
Məlumata əsasən, burgerin içində Kamçatka krabının əti, yapon mərmər dana əti, dombalan, qara kürü, fua-qra, "Dom Perignon" şampan şərabında qızardılmış soğan halqaları, ördək yumurtasında mayonez, həmçinin qızıl tozu var.
Burgerin yanında Bordoda hazırlanan 1995-ci ilin "Chateau Petrus" çaxırı da verilir.
Qeyd etmək lazımdır ki, artıq bir nəfər bu burgeri sifariş edib.
gent.az
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре