Koronavirus pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində Xəzər rayonunda növbəti reydlər keçirilib - FOTO
Koronavirus pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində Xəzər rayonunda keçirilən reydlər son günlərdə daha da gücləndirilib.
Trend-in məlumatına görə, 29 iyul 2021-ci il tarixində Bakı Şəhər İcra Hakimiyyəti, Xəzər Rayon İcra Hakimiyyəti və Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisindəki ərzaq mağazalarında, apteklərdə, həmçinin fəaliyyətinə icazə verilən digər obyektlərdə, müxtəlif ticarət və xidmət sahələrində reydlər keçirilib.
Reydlər zamanı bütün obyektlərin işçi heyətinə, eyni zamanda sakinlərə tibbi maskalardan istifadə edilməsinin zəruriliyi bildirilib, sosial məsafənin gözlənilməsi, sanitar-gigiyenik qaydalara düzgün riayət olunması bildirilib. Həmçinin, obyektlərdə əməkdaşların 80%-nin peyvəndlənmiş olması tələbinin yerinə yetirilməsi vəziyyəti yoxlanılıb.
Fəaliyyətlərində nöqsan aşkar edilən bir neçə ticarət obyektlərinə ciddi xəbərdarlıqlar edilib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре