https://news.day.az/azerinews/1380368.html Bu gün Bilik Gününü Ağdamda qeyd edirik - Orxan Abbasov Ənənəvi olaraq, 15 sentyabr ölkədə Bilik Günü kimi qeyd olunur. Biz bu gün Bilik Gününü ölkənin səfalı guşələrindən biri olan Ağdamda qeyd edirik. Bu, bizim üçün böyük qürurdur.

Bu gün Bilik Gününü Ağdamda qeyd edirik - Orxan Abbasov

Azərbaycanca, 15 сентября 2021 17:42 (UTC +04:00) 1 669
Bu gün Bilik Gününü Ağdamda qeyd edirik

Ənənəvi olaraq, 15 sentyabr ölkədə Bilik Günü kimi qeyd olunur. Biz bu gün Bilik Gününü ölkənin səfalı guşələrindən biri olan Ağdamda qeyd edirik. Bu, bizim üçün böyük qürurdur.

Bunu Trend-in Qarabağ bürosuna Ağdamda şəhid Samir Abdinov adına məktəbin açılışı zamanı Təhsil Nazirlyinin Ümumi təhsilin təşkili və idarə olunması şöbəsinin müdir müavini Orxan Abbasov deyib.

O bildirib ki, keçən ilə qədər Ağdam haqqında danışarkən "Ağdamın işğal altında olan bölgələri" ifadəsini işlədirdik. Lakin Ali Baş Komandanımızın iradəsi, Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində Ağdamla yanaşı, digər işğal altında olan torpaqlarımız da azad edildi: "Bu gün açılışında olduğumuz Ağdam rayonu Zəngişalı tam orta məktəbində ölkə başçısının müvafiq sərəncamına əsasən, əsaslı bərpa-gücləndirmə işləri görülüb. Məktəbdə tədrisin müasir təşkili üçün hər cür şərait yaradılıb. Ölkənin müxtəlif bölgələrində məktəblərin bərpası və gücləndirilməsi sahəsində əsaslı işlər davam etdirilir".

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости