https://news.day.az/azerinews/1394561.html Kraliça II Elizabet gecəni xəstəxanada keçirib

Kraliça II Elizabet gecəni xəstəxanada keçirib

Azərbaycanca, 22 октября 2021 07:50 (UTC +04:00) 593
Kraliça II Elizabet gecəni xəstəxanada keçirib

Böyük Britaniyanın Kraliçası II Elizabet həkimlərin tövsiyəsi ilə Şimali İrlandiyaya səfərini ləğv etdikdən sonra oktyabrın 21-nə keçən gecəni xəstəxanada keçirib.

Day.Az xəbər verir ki, bu barədə Bukinqem sarayının məlumatında deyilir.

Məlumatda bildirilir: "Həkimlərin bir neçə gün istirahət barədə tövsiyələrini əməl edərək, Kraliça çərşənbə günü ilkin tibbi müayinə üçün xəstəxananı ziyarət edib və bu gün nahar vaxtı Vindzor sarayında qayıdıb. O, yaxşı əhval-ruhiyyədədir".

Qeyd edək ki, oktyabrın 20-si II Elizabet həkimlərin tövsiyəsi ilə Şimali İrlandiyaya səfərini ləğv edib. Həkimlər ona növbəti bir neçə günü sakit rejimdə keçirməyi tövsiyə edib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости