https://news.day.az/azerinews/1417356.html Ermənistanda HƏYƏCANLI ANLAR: bütün qüvvələri səfərbər etdilər

Ermənistanda HƏYƏCANLI ANLAR: bütün qüvvələri səfərbər etdilər

Azərbaycanca, 18 декабря 2021 22:38 (UTC +04:00) 405
Ermənistanda HƏYƏCANLI ANLAR: bütün qüvvələri səfərbər etdilər

Ermənistan Fövqəladə Hallar Nazirliyinə İrəvandakı Zvartnots hava limanında partlayıcı qurğunun olması barədə məlumat daxil olub.

Day.Az publika.az-a istinadla xəbər verir ki, bu barədə ölkənin FHN-nin mətbuat xidməti məlumat yayıb.

"Partlayıcı qurğu ilə bağlı məlumat Zvartnots hava limanının rəhbərliyindən alınıb. Hadisə yerinə yanğınsöndürənlər, kinoloqlar, istehkamçılar, psixoloqlar və xüsusi xilasetmə dəstələri gedib", - məlumatda deyilir.

Cihazın axtarışı davam edir. Nazirlik vəziyyətin inkişafı barədə əlavə məlumat verəcəyini vəd edir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости