Bakıda tikilməkdə olan binada yanğın olub - VİDEO - YENİLƏNİB

Bakıda Abbas Səhhət küçəsi yaxınlığında tikilməkdə olan binada baş verən yanğın söndürülüb.
Day.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən Trend-ə məlumat verilib.
Bildirilib ki, yanğın Abbas Səhhət küçəsində yerləşən Baku Inn Hotellə üzbəüz yarımtikilidə qeydə alınıb.
*****
Bakıda yerləşən yarımtikilidə gücülü yanğın başlayıb.
Day.Az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı video sosial şəbəkədə yayılıb.
İlkin məlumatlara görə, görüntülər Abbas Səhhət küçəsi yaxınlığındakı ünvanlardan birində lentə alınıb. Yanğın tikintisi aparılan binada elektrik naqillərində baş verib.
Əraziyə yanğınsöndürənlər cəlb olunub. Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре