https://news.day.az/azerinews/1513980.html Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş tennis turnirləri keçiriləcək Bakı Tennis Akademiyasında Ulu öndərimiz Heydər Əliyevin əziz xatirəsinə həsr olunan 18 yaşlararası J4 Baku (Grade 4) beynəlxalq reytinqli tennis turnirləri keçiriləcək.

Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş tennis turnirləri keçiriləcək

Azərbaycanca, 24 ноября 2022 14:38 (UTC +04:00) 1 562
Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş tennis turnirləri

Bakı Tennis Akademiyasında Ulu öndərimiz Heydər Əliyevin əziz xatirəsinə həsr olunan 18 yaşlararası J4 Baku (Grade 4) beynəlxalq reytinqli tennis turnirləri keçiriləcək.

Day.Az-a Tennis Federasiyasından verilən xəbərə görə, turnirlər Azərbaycan Tennis Federasiyası və Beynəlxalq Tennis Federasiyasının birgə əməkdaşlığı ilə 26 noyabr - 11 dekabr 2022-ci il tarixlərində baş tutacaq. 

Nisbətən yüksək reytinq verən bu cür kateqoriyadan olan bu turnirlər ilk dəfə olaraq ölkəmizdə təşkil olunur. Bu turnirlərdə Azərbaycan ilə yanaşı, Belarusiya, Bolqariya, Fransa, Gürcüstan, Xorvatiya, İran, İsrail, İtaliya, Kanada, Özbəkistan, Polşa, Rumıniya, Rusiya, Serbiya, Slovakiya, Türkiyə, Ukraynadan çox sayda qız və oğlan tennisçilər, onları müşayiət edən şəxslər iştirak edəcək. 

Turnirlərin keçirilməsində göstərdiyi dəstəyə görə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi rəhbərliyinə öz dərin təşəkkürümüzü bildiririk.
 

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости