Ötən il Qarabağ iqtisadi rayonuna 7851 vətəndaş səfər edib

Ötən il ərzində Qarabağ iqtisadi rayonuna 7851 nəfər vətəndaşın səfəri təşkil olunub.

Day.Az xəbər verir ki, bu barədə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov "Twitter" hesabında bildirib.

Qeyd edilib ki, Xüsusi nümayəndəlik təşkil olunan vətəndaş səfərləri ilə səfər edənlərin sayı 3751 nəfərdir. Onlardan 3054 nəfər Ağdama, 501 nəfər Tərtərə, 122 nəfər Xocavəndə və 74 nəfər Füzuliyə səfər edib.