Yadplanetlilərin yerə axını çoxalıb: kəşfiyyat orqanları ayaqda

Amerika Birləşmiş Ştatlarında  2022-ci ilin avqust ayından bəri naməlum uçan obyektlərin aşkarlanması ilə bağlı 500-dən çox fakt qeydə alınıb.

Day.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Amerika Birləşmiş Ştatları Milli Kəşfiyyat İdarəsinin hesabatında məlumatlar yer alıb.

Açıqlamalara görə, müəyyən edilən naməlum obyektlərdən 26-sı pilotsuz uçuş aparatı, 163-ü isə "şar və ya şara bənzər obyekt" kimi səciyyələndirilib.

Sənəddə göstərilir ki, qeyri-səciyyəvi Pilotsuz Uçan Obyektlərin bəziləri qeyri-adi uçuş xüsusiyyətləri və ya əməliyyat imkanları nümayiş etdirib. Bu isə onların öyrənilməsi üçün əlavə təhlil tələb edir. 
O da qeyd olunur ki, naməlum obyektlərlə bağlı xəbərlərin əksəriyyəti Amerika Birləşmiş Ştatlarının Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrinin pilot və operatorlarından gəlib.

Pentaqon və Amerika kəşfiyyat orqanları Uçan Naməlum Obyekt fenomenlərində xarici dövlətlərin mümkün iştirakı ilə bağlı hər hansı sübutu araşdırmaqda davam edir.