Qarabağda yataqları talan edən beynəlxalq şirkətlər Avropatlamentdə qətnamə qəbuluna nail oldular, daha dəqiqi, satın aldılar

Qarabağda yataqları talan edən beynəlxalq şirkətlər Avropatlamentdə qətnamə qəbuluna nail oldular,daha dəqiqi,satın aldılar...

Day.Az xəbər verir ki, bu barədə "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev Facebook səhifəsində yazıb.

"Yanvarın 18-də Avropa parlamenti növbəti dəfə Azərbaycanın əleyhinə qətnamə qəbul etdi. Bizim üçün gözlənilməz olmayan bu hadisənin maraqlı və yeni məqamları hansılardı?

Əvvala, bu qətnamənin qəbul olunacağına dair məlumat azı 1 həftə idi ki, Ermənistan mediasının gündəmindən düşmürdü. Həmişə də inamla vurğulanırdı ki, Avroparlament qətnaməni qəbul edəcək. Sanki səs verən deputatlar Avropanın yox, ermənilərin imiş.

2. Məsələnin müzakirəyə çıxarıldığı başlıq da onun mətninin erməni lobbisi tərəfindən hazırlandığına şübhə yeri qoymur -"Laçın dəhlizində Azərbaycanın blokadasının humanitar nəticələri"... Demək, bu gün Azərbaycan ekofəallarının qanuni və heç bir blokada niyyəti daşımayan aksiyasına "blokada" deyən bütün beynəlxalq qüvvələrin bu qətnamənin qəbulunda barmağı var.

3. Qətnamədə Azərbaycanın guya "Ermənistana təcavüz etdiyi barədə " maddə var ki, bu maddə Avroparlamentin Qafqaz sülh prosesində tam pozuculuq yolu tutduğuna dair nəticə çıxarmağa imkan verir. 

4. Qətnamədə hələ də "min ilin ölülərinə qarışmış "Madrid prinsiplərinə istinad edilir ki, bu fakt Avroparlamentin Qarabağda separatizmi və Yerevanda revanşizmi yenidən dirçəltmək məqsədindən xəbər verir.

5. Qətnamə Azərbaycanı guya "işğal etdiyi Ermənistan ərazilərindən çəkilməyə" çağırır ki, bu da Avroparlamentdə Fransanın və Ermənistanın təsirlərinin getdikcə gücləndiyini təsdiqləyir...

6. Qətnamədə Azərbaycanın hələ də Ermənistan işğalında saxlanan 8 kəndinin azad edilməsi zərurəti barədə bir kəlmə də deyilmir və bu, Avroparlamentin hazırkı korpusu ilə Azərbaycanın əməkdaşlıq perspektivlərinə yenidən baxmaq zərurəti doğurur...

7. Qətnamə Avroparlamentin deputatlarının Qarabağ yataqlarında talançılıqla məşqul olan Fransa, Kanada, Hindistan, Rusiya və başqa ölkə şirkətləri tərəfindən pulla idarə edildiyini deməyə əsas verir", - deyə Aydın Quliyev bildirib.