https://news.day.az/azerinews/1530622.html
Türkiyə ordusu Suriyada 6 terrorçunu zərərsizləşdirib
Türkiyə ordusu "PKK-YPG" terror təşkilatının Suriya qanadının 6 silahlısını zərərsizləşdirib. Day.Az-ın məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi bildirib. Məlumata əsasən, PKK/YPG terrorçuları Suriyanın şimalında "Fərat qalxanı" və "Sülh çeşməsi" antiterror əməliyyatları zonalarında zərərsizləşdirilib.
Türkiyə ordusu Suriyada 6 terrorçunu zərərsizləşdirib

Türkiyə ordusu "PKK-YPG" terror təşkilatının Suriya qanadının 6 silahlısını zərərsizləşdirib.
Day.Az-ın məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi bildirib.
Məlumata əsasən, PKK/YPG terrorçuları Suriyanın şimalında "Fərat qalxanı" və "Sülh çeşməsi" antiterror əməliyyatları zonalarında zərərsizləşdirilib.
"Türkiyə ordusu bölgədə yeganə hədəfi qan tökmək olan "PKK/YPG" terrorçularına qarşı qətiyyətli mübarizəsini davam etdirir. İki əməliyyat zonasına hücum təşkil edən 6 silahlı zərərsizləşdirilib. Terror təhlükəsinin aradan qaldırılması istiqamətində atılan addımlar dayanmayacaq", - deyə qeyd olunub.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре