Bizə ən böyük köməyi yenə azərbaycanlılar etdilər

Burada bir insanlıq faciəsi yaşanır. Dünyanın görə biləcəyi ən böyük fəlakətdir. Bu çətin günümüzdə Azərbaycan yanımızdadır.

Bu barədə Trend-ə özəl açıqlamasında Türkiyənin İnsan Hüquqları, Azadlıqları və Humanitar Yardım Vəqfinin (İHH) Humanitar diplomatiya şöbəsinin məsul əməkdaşı Mehmet Altıntaş deyib.

"Azərbaycanlı qardaşlarımızla hər zaman həmrəylik içərsindəyik. Həqiqətən bizə ən böyük köməyi yenə azərbaycanlılar etdilər. Xüsusilə evində olanları köhnə maşınına yükləyərək yardıma gətirən Azərbaycan vətəndaşını bütün Türkiyə danışır. Azərbaycanlıların dəstəyini hər zaman hiss edirik",- deyə o əlavə edib.

Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Həmçinin Türkiyədə bir həftəlik matəm elan olunub.

Zəlzələ nəticəsində ölənlərin sayı sayı 29 605-ə çatıb, yaralı sayı isə 80 min nəfəri ötüb.