Hatayda zəlzələ nəticəsində bəzi binalar dağılıb, dağıntılar altında qalanlar var

Türkiyənin Hatay əyalətində zəlzələ nəticəsində bəzi binalar dağılıb, dağıntılar altında qalanlar var.

Day.Az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bunu Hatayın bələdiyyə sədri Lütfü Savaş deyib.

Xatırladaq ki, Türkiyənin Hatay əyalətində 6,4 və 5,8 bal gücündə zəlzələlər baş verib.

Zəlzələlərdən sonra Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi Türkiyədə baş verən güclü zəlzələlərdən sonra sunami təhlükəsi barədə xəbərdarlıq edib.

Eyni zamanda, AFAD-dan vətəndaşlara sahilə yaxın ərazilərdən uzaq durmaq tövsiyə edilib.