Könül Kərimova bunu ilk dəfə etiraf etdi: "Bağışlayın, olmadı..." - VİDEO
Əməkdar artist Könül Kərimova həyat yoldaşından boşandığını ilk dəfə etiraf edib.
Day.Az xəbər verir ki, müğənni bu barədə "Günün sədası" verilişində danışıb.
O, evliliyinin 30 il davam etdiyini bildirib: "Bu yaxınlarda bir yazıçıdan gözəl söz eşitdim. Dedi ki, yanlış bir evlilik bütün ömrün boyu uduzmaq deməkdir. Etiraf edirəm ki, çox şeylərdən geri qalmağımın səbəbi məhz evliliklə bağlı yaşadığım bu çətinliklərim oldu.
Ağır bir məclisdən çıxırdım, gedib yorğun, halsız evə çatırdım və evdəki problemləri həll etməyə başlayırdım. Xatırlamıram ki, gəlib evdə nəyisə hazır görüm. Əslində bu addımı atmaq o qədər də çətin olmadı. Çünki mən vidalaşmışdım. Elə ilk gündən, yanlış imza atdığım andan bunu hiss etmişdim. Başa düşdüm ki, evlilik sadəcə kağız üzərində olmur. Hara qədər bacardımsa, oraya kimi daşıdım. Çox səliqəli sağollaşdıq. Məktub yazdı ki, bağışlayın, olmadı..."
Qeyd edək ki, Kərimovanın ailə qurduğu bəy onun xalası oğlu olub. Zaman-zaman onların boşanmaları haqda xəbərlər yayılsa da, K. Kərimova bunu heç vaxt etiraf etməyib. Eks-cütlüyün iki övladı var.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре