Xalq artistindən onu öpən qadın pərəstişkarına gözlənilməz hərəkət - VİDEO
Aprelin 2-də Rusiyanın xalq artisti Filip Kirkorov Krasnoyarskda konsert verib. Müğənni konsert zamanı geyindiyi kostyumların sayına görə rekordunu qırıb: üç saat ərzində 27 paltar dəyişib. Filip pərəstişkarlarına da vaxt ayırıb, lakin icazə veriləndən kənara çıxıb.
Day.Az bizim media-ya istinadla xəbər verir ki, konsert zamanı Kirkorov pərəstişkarının sinəsindən tutub.
İfaçı tamaşaçılara təşəkkür etmək üçün konsert zamanı zala enib. Sənətçi zaldan keçərkən pərəstişkarlarından biri onun yanına qaçaraq bir buket qızılgül təqdim etməyə və yanağından öpməyə nail olub. O, müğənni öpüb, sonra onu bərk-bərk qucaqlamağa başlayıb. Qadın Kirkorovdan birgə foto istəyib, müğənni razılaşıb, pərəstişkarını qucaqlayıb, sonra isə onun sinəsindən tutub. Fanatı qışqırmağa və gülməyə başlayıb.
Alla Puqaçovanın keçmiş əri bu anın videosunu yayımlayıb və bunları qeyd edib: "Krasnoyarsk! Hər bir izləyiciyə təşəkkürlər. Bu gün kosmosa uçduq. Doğrudurmu? Və yeni həftəyə başlamağa hazırıq. Yeni ay. Mənim ayım. Aprel".
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре