Yuxarı Qarabağ kanalı bəndi yararaq daşıb

Yuxarı Qarabağ kanalı bəndi yararaq daşıb.

Day.Az xəbər verir ki, hadisə Bərdə rayonu Cəyirli kəndi ərazisində Yuxarı Qarabağ kanalının 537 - ci keçidində qeydə alınıb. Suyun daşması nəticəsində xeyli ərazi su altında qalıb. Hazırda əraziyə xeyli sayda texnikalar cəlb olunub. Bənd bərkitmə işləri aparılır ki, daha böyük fəsadların qarşısı alınsın.

Yuxarı Qarabağ Kanalı idarəsindən Trendə sorğusuna cavab olaraq bildirilib ki, suyun daşması nəticəsində heç xəsarət alan və ya mal - qara tələfatı olmayıb. Kanalın yarılmasına səbəb isə kanalın sağ cinahını suda yaşayan heyvanların oyması səbəb olub.