Azərbaycan sülh gündəliyinin irəli aparılması istiqamətində səylərin davam etdirilməsində qərarlıdır

Ermənistan tərəfindən atılan qeyri-konstruktiv addımlara baxmayaraq, Azərbaycan sülh gündəliyinin irəli aparılması istiqamətində səylərin davam etdirilməsində qərarlıdır.

Day.Az xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Derek Hoqan ilə telefon danışığı zamanı bildirib.

Telefon danışığı zamanı, həmçinin digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.