Mikayıl Cabbarov Tatarıstanın rəisi ilə görüşüb

Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov Tatarıstanın rəisi Rüstəm Minnixanovla görüşüb.

Day.Az xəbər verir ki, bu barədə nazir "Twittеr" hesabında paylaşım edib.

"Tatarıstanın rəisi Rüstəm Minnixanov ilə keçirdiyimiz görüşdə Azərbaycan-Tatarıstan münasibətlərinin inkişafı, iqtisadi əməkdaşlığın gücləndirilməsi istiqamətində görülən işlər və işgüzar əlaqələrin genişləndirilməsi barədə fikir mübadiləsi apardıq",- nazir qeyd edib.