https://news.day.az/azerinews/1565516.html Azərbaycanda olan bankların sayı ölkə üçün çoxdur - AÇIQLAMA Hazırda Azərbaycanda olan bankların sayı ölkə üçün çoxdur. Ona görə yox ki, bizim ölkə coğrafi nöqteyi nəzərdən balacadır. Ona görə çoxdur ki, bizdə işgüzar fəallıq, investisiyaların həcmi, pul ketləsinin həcmi o qədər deyil. Day.Az xəbər verir ki, bunu Trend-ə iqtisadçı ekspert Elşad Məmmədov deyib.

Azərbaycanda olan bankların sayı ölkə üçün çoxdur - AÇIQLAMA

Azərbaycanca, 18 мая 2023 16:10 (UTC +04:00) 560
Azərbaycanda olan bankların sayı ölkə üçün çoxdur

Hazırda Azərbaycanda olan bankların sayı ölkə üçün çoxdur. Ona görə yox ki, bizim ölkə coğrafi nöqteyi nəzərdən balacadır. Ona görə çoxdur ki, bizdə işgüzar fəallıq, investisiyaların həcmi, pul ketləsinin həcmi o qədər deyil.

Day.Az xəbər verir ki, bunu Trend-ə iqtisadçı ekspert Elşad Məmmədov deyib.

O bildirib ki, Azərbaycanda pul kütləsinin həcmi iqtisadiyyata nisbətdə çox aşağıdır. "Əgər pul kütləsini artırsaq, müvafiq normativlərə çatdırsaq, onda bizə çox bank lazım ola bilər və yaxud az bank amma böyük portfelli banklar ola bilər. Hesab edirəm ki, bu variant daha məqsədəuyğundur ki, bankların birləşərək böyüməsi vasitəsilə sayı azalsın.

Həmçinin oxuyun: Azərbaycanda daha bir neçə bank bağlana bilər - Ekspert səbəbi açıqladı

Amma yenə də bank sektoru yalnız öz mənfəətini artırmaq üçün fəaliyyət göstərməməlidir. Bank sektoru iqtisadiyyatın investisiya mənbəyi olmalıdır", - deyə o əlavə edib.

Qeyd edək ki, hazırda Azərbaycanda 24 bank fəaliyyət göstərir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости