İstanbulda “SOCAR Türkiyə”nin İdarə Heyətinin iclası keçirilib

Türkiyənin İstanbul şəhərində "SOCAR Türkiyə"nin İdarə Heyətinin iclası keçirilib.

Day.Az xəbər verir ki, bu barədə SOCAR-ın prezidenti Rövşən Nəcəf özünün "Twitter" səhifəsində yazıb.

"Bu gün Azərbaycan Respublikasının İqtisadiyyat naziri və SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarovun iştirakı ilə İstanbulda "SOCAR Türkiyə"nin İdarə Heyətinin iclası keçirildi", - deyə paylaşımda bildirilir.