Bu həftə Azərbaycan və Ermənistan arasında danışıqlarda irəliləyişə nail olmaq vacibdir

Bu həftə Azərbaycan və Ermənistan arasında danışıqlarda irəliləyişə nail olmaq vacibdir.

Day.Az-ın məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller bu gün keçirdiyi brifinqdə bildirib.

"Bundan əvvəl hər iki tərəflə görüşlər keçirdik. Dövlət katibi dəfələrlə hər iki xarici işlər naziri ilə danışıqlar aparıb. Hesab edirik ki, bu görüşlər vacibdir. Bu həftə irəliləyiş əldə etməyin vacib olduğunu düşünürük. Biz hesab edirik ki, hər iki tərəf fikir ayrılıqlarını bir kənara qoysa, sülh əldə edilə bilər", - deyə o qeyd edib.

Qeyd edək ki, bu gün ABŞ-ın dövlət katibi Entoni Blinken CorcXarici İşlər üzrə Milli Təlim Mərkəzində Azərbaycan və Ermənistanın xarici işlər nazirləri - Ceyhun Bayramov və Ararat Mirzoyan ilə ikitərəfli görüşlər keçirib. George P. Schultz bağlı qapılar arxasında

Qeyd edək ki, bu gün Corc Şults adına Xarici İşlər üzrə Milli Təlim Mərkəzində ABŞ-ın dövlət katibi Entoni Blinken Azərbaycan və Ermənistanın xarici işlər nazirləri - Ceyhun Bayramov və Ararat Mirzoyan ilə ikitərəfli görüşlər keçirib.

Görüşlərdən sonra Blinken iki ölkənin xarici işlər nazirləri ilə ilk plenar iclasda iştirak edib.

Hazırda nazirlərin ikitərəfli görüşü keçirilir.

Danışıqlar iyunun 29-dək davam edəcək. Əsas mövzu sülh müqaviləsidir.