"MasterCard" Bakı-Sumqayıt qatarlarında təmassız ödənişlə bağlı yaranan probləmlərə münasibət bildirib

"MasterCard" şirkəti Bakı-Sumqayıt şəhərətrafı qatarlarda "Apple Pay" və "Google Pay"ın təmassız gediş haqqı ilə bağlı yaranan problemlərə münasibət bildirib.

"MasterCard"-ın mətbuat xidmətindən Day.Az-a bildirilib ki, şirkət "Azərbaycan Dəmiryolları" QSC-yə məxsus qatarlarda bank kartı ödənişlərinin qəbulu ilə bağlı bəzi qısamüddətli NFC problemlərinin olduğundan xəbərdardır.

"Problemləri aradan qaldırmaq üçün bankla yaxından təmasdayıq", - deyə bildirilib.

Qeyd edək ki, bundan əvvəl Bakı-Sumqayıt marşrutu üzrə gediş haqqını "Apple Pay" və ya "Google Pay" vasitəsilə ödəyərkən həmin məbləğin iki dəfə çıxıldığını bildirilirdi.